Rüfət Aslanlı: Cəhdlərimiz nəticə vermədi

Rüfət Aslanlı: Cəhdlərimiz nəticə vermədi

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının sağlamlaşdırılması ilə bağlı cəhdlər nəticə verməyib.

Oxu.Az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, hazırda qalan banklar normal rejimdə fəaliyyət göstərirlər və bank sektorunda ciddi problem yoxdur:

“Hətta bağlamış 4 bankın belə, fəaliyyətində son günə qədər hər hansı problem müşahidə olunmurdu. Çünki biz bu banklarda olan problemlərin bütün sektora keçməsinə, iqtisadi proseslərə təsir etməsinə imkan vermədik”.

“Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyalarının ləğv edilməsi ilə bağlı qərar yalnız Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasına aid deyil.

“Ümumiyyətlə, bu bankların bağlanması ilə bağlı qərar yalnız Palataya aid deyil. Maliyyə Nazirliyi və Mərkəzi Bank da bu qərarın qəbul olunmasında iştirak edib”, - deyə sədr qeyd edib.

0
9