Cavid İmamverdiyevdən "Neftçi" rəhbərliyinə mesaj

Cavid İmamverdiyevdən "Neftçi" rəhbərliyinə mesaj

 Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Makedoniyada "Şkendiya"ya uduzaraq, mübarizəni dayandıran "Neftçi"nin yarımmüdafiəçisi Cavid İmamverdiyev məğlubiyyəti şərh edib. Apasport.az xəbər verir ki, İmamverdiyev son dəqiqədə vacib ol epizodundan istifadə edə bilmədiyinə görə məyus olduğunu deyib: “Çox ağır oyun oldu. Biz bura qələbə qazanmaq üçün gəlmişdik. Rəqib yaxşı komanda idi. Sona kimi mübarizə apardıq. Lakin alınmadı. Bu gün son dəqiqədə yaxşı mövqedə olmağıma baxmayaraq, qol vura bilmədim. Çox üzgünəm. Həmin epizodda qarşımda 3 müdafiəçi var idi. Topu yaxşı görə bilmədim. Həm də düşündüm ki, yan xətt hakimi bayrağı qaldırıb".

Ehtiyatda qalmasından narazı olan İmamverdiyev "ağ-qaralar"dan gedəcəyini istisna etməyib: "Azarkeşlərə nə cavab verəcəyimi bilmirəm. Onlardan utanıram və üzr istəyirəm. Düşünürəm ki, matça tam hazır idim. Üstəlik, indiyə kimi Avroliqada keçirdiyimiz 4 oyunun heç olmasa birində start heyətdə olmağa layiqli idim. Mənim o yaşım deyil ki, ehtiyatda oturum. Oynamaq istəyirəm. Bundan sonra əsas heyətdə olmasam, komandadan getmək istədiyimi rəhbərliyə çatdıracam”.

0
17