Türkiyədən Avropa İttifaqına ittiham

Türkiyədən Avropa İttifaqına ittiham

Türkiyədə fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı Qərb ölkələri tərəfindən tənqid səsləndirilməsi ikili standartların açıq-aydın nümunəsidir.

APA-nın xəbərinə görə, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

“Bu ikili standartların açıq-aydın nümunəsidir... Biz hamımız Parisdə fövqəladə vəziyyətin elan olunmasına səbəb olmuş terror aktını pislədik. Amma bu zaman heç kim Fransanı insan haqlarını pozmaqda ittiham etmədi. Biz Avropaya üz tuturuq – Fransanı ittiham etmədiyinizdə Türkiyəni günahlandırmayın. Türkiyəni Belçikada  terror aktları törədildikdən sonra  fövqəladə vəziyyət  elan olundu.  Belçikanı ittiham etmədiyinizdə Türkiyəni günahlandırmayın”, - Kalın CNN Türk  telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə,  fövqəladə vəziyyət rejimi hüquq normaları çərçivəsində  tətbiq ediləcək və insanların gündəlik həyatına təsir etməyəcək: “Lakin hökumət ölkənin təhrikçilərdən təmizlənməsi üçün əlindən gələni edəcək”.

0
21