"Rusiya təyyarəsinin vurulması və çevrilişə cəhd – eyni prosesin tərkib hissədir"

"Rusiya təyyarəsinin vurulması və çevrilişə cəhd – eyni prosesin tərkib hissədir"

Hərbi çevrilişə cəhdin məqsədlərindən biri Türkiyə-Rusiya münasibətlərinin pozulması olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu fikri hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini, deputat Mətin Külünk bildirib.

“Hadisələrə bütövlükdə nəzər saldıqda, çevrilişə cəhdin məqsədlərindən biri də Türkiyə-Rusiya münasibətləri olub... Son üç il ərzində bəzi qüvvələr israrla Obama-Putin-Ərdoğan münasibətlərini pozmağa çalışıblar. O qüvvələr ki, Rusiyanı Türkiyədən ayırmağa, bu iki ölkə arasında münasibətləri pozmağa çalışıblar. Ərdoğanın Rusiyaya dair son addımını nəzərə alsaq, çevrilişə cəhdin arxasında Rusiya-Türkiyə münasibətlərinin normallaşmasından qorxanların durduğunu inkar etmək mümkün deyil”, - deyə Külünk “Sputnik”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiyaya məxsus “Su-24” təyyarəsinin vurulması tələ, çevrilişə hazırlıq olub. Rusiya təyyarəsinin vurulması və çevrilişə cəhd – eyni prosesin tərkib hissədir”, - deyə Külünk qeyd edib.  

0
28