Ərdoğan: “Orduda yeni struktur yaradılacaq”

Ərdoğan: “Orduda yeni struktur yaradılacaq”

“Hərbi çevrilişə cəhd nəticəsində qiyamçılardan əlavə 246 nəfər ölüb, 2185 nəfər yaralanıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu “Reuters”ə müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.  

Prezident qeyd edib ki, 103 general daxil olmaqla 4000-dən çox adam həbs edilib.

Onun sözlərinə görə, çevriliş cəhdindən sonra  polis, ümumilikdə, 10 400-dən çox şəxsi saxlayıb.

Ərdoğan ölkədə yeni çevriliş cəhdinin ola biləcəyini istisna etməyərək, hazırkı şəraitdə bunun heç də asan olmayacağını qeyd edib.

Türkiyə prezidenti çevrilişə cəhddən əvvəl xüsusi xidmət orqanlarının işində nöqsanların və boşluqların olduğunu etiraf edib.  

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrində yeni struktur yaradılacaq.

Prezidentin fikrincə, ölkədə üç ay müddətinə elan olunmuş fövqəladə vəziyyət rejiminin müddəti başa çatdıqdan sonra onun uzadılması üçün heç bir maneə yoxdur.  həmçinin, Konstitusiyaya dəyişikliklərin edilməsini istisna etməyib. 

0
18