Asiya İnkişaf Bankının Bakı ofisinə yeni rəhbər təyinatı

Asiya İnkişaf Bankının Bakı ofisinə yeni rəhbər təyinatı

“Mən bu əməkdaşlığın daha səmərəli davam etməsi üçün bu şərəfə layiq görülmüşəm”.

Asiya İnkişaf Bankının (ADB) Bakı ofisinə yeni rəhbər təyin olunub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, ADB-nin saytına istinadən xəbər verir ki, bu vəzifəyə Nəriman Mannapbekov gətirilib.

Təyinatını şərh edən N. Mannapbekov bildirib ki, bankla Azərbaycan arasında güclü əlaqələr var:

“Mən bu əməkdaşlığın daha səmərəli davam etməsi üçün bu şərəfə layiq görülmüşəm. 

ADB-nin Azərbaycanla hal-hazırda əməkdaşlıq strategiyası nəqliyyat, enerji, su və şəhər infrastrukturuna əsaslanır və bizim məqsədimiz Azərbaycan hökuməti ilə bu sahələrdə olan səmərəli əməkdaşlığı təmin etmək, o cümlədən islahatlar aparmaqdır”.
 
Qeyd edək ki, N. Mannapbekovun 50 yaşı var. O, Özbəkistanda doğulub. Bu vaxta qədər N. Manappbekov ADB-nin Mərkəzi və Qərbi Asiya bölgələrindəki ofislərində iqtisadçı kimi fəaliyyət göstərib.

ADB ilə əməkdaşlıqdan əvvəl isə Özbəkistanın bir çox dövlət qurumlarında, o cümlədən Maliyyə Nazirliyinin Xarici İqtisadi İşlər müşaviri və baş nazirin beynəlxalq maliyyə və iqtisadi məsələlər üzrə köməkçisi vəzifələrində çalışıb.

www.oxu.az

0
13