Olimpiya Oyunlarında terror aktları hazırlayan 10 nəfər tutuldu

Olimpiya Oyunlarında terror aktları hazırlayan 10 nəfər tutuldu

Braziliyada Olimpiya Oyunları zamanı terror aktı hazırlamaqda şübhəli bilinən 10 şəxs saxlanılıb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, saxlanılan şəxslər İŞİD-i dəstəkləyən qruplaşmanın üzvləri olub. Bu barədə Braziliyanın ədliyyə naziri Aleksandre Moraiş bildirib.

Məlumata görə, qruplaşma üzvlərinin saxlanılması üzrə əməliyyat ölkənin 10 bölgəsində keçirilib.  Hadisə ilə əlaqədar prezident səlahiyyətlərini icra edən Mişel Temer təcili iclas çağırıb.

Saxlanılan şəxslər partizan taktikası ilə silah-sursatdan istifadə etməyi planlaşdırıblar.     

Rio-de-Janeyro Olimpiya Oyunlarına avqustun 5-də start veriləcək.

0
17