Tovuza qonaq gedən Bakı sakini qəlpə yaraları aldı

Tovuza qonaq gedən Bakı sakini qəlpə yaraları aldı

Hadisə Əlibəyli kəndində qeydə alınıb.

Tovuz rayonuna qonaq gedən Bakı şəhər sakini partlayış nəticəsində qəlpə yaraları alıb.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, Bakı şəhər sakini 1951-ci il təvəllüdlü Hidayət Qasımov Tovuz rayonunun Əlibəyli kəndində qonaq getdiyi evin həyətində gəzən zaman naməlum səbəbdən partlayış baş verib. Nəticədə H.Qasımov bədəninin yuxarı hissəsinin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb.

Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilən Hidayət Qasımova bədənin yuxarı ətrafında çoxsaylı qəlpə yaraları diaqnozu qoyulub.

Ona dərhal tibbi yardım göstərilib, qəlpələr bədənindən çıxarılıb.

0
9