Braziliyada Olimpiya Oyunlarına terror aktları hazırlayırdılar

Braziliyada Olimpiya Oyunlarına terror aktları hazırlayırdılar

Şübhəli bilinən 10 şəxs saxlanılıb.

Braziliya Federal polisi Olimpiya Oyunları zamanı terror aktı hazırlamaqda şübhəli bilinən 10 şəxs saxlayıb.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, saxlanılan şəxslər İŞİD-i dəstəkləyən qruplaşmanın üzvləri olub.

Bildirilir ki, əməliyyat ölkənin cənubunda Parana ştatında keçirilib. Saxlanılan şəxslərini hamısı braziliyalıdır. Ölkə rəhbərliyi təcili iclas çağırıb.

Qeyd edək ki, Rio-de-Janeyro Olimpiya Oyunlarına avqustun 5-də start veriləcək.

0
13