Azərbaycanda məşhur ziyarətgaha gedən şəxs öldü

Azərbaycanda məşhur ziyarətgaha gedən şəxs öldü

İsmayıllı rayonunda Babadağ ziyarətinə gedən Göyçay sakini dünyasını dəyişib.

Oxu.Az-ın Report-a istinadən xəbərinə görə, Göyçay rayon Qaraməryəm kənd sakini 40 yaşlı Adil Qədir oğlu Həsənov ailəsi ilə birlikdə rayonun yüksək dağlıq ərasində yerləşən Babadağa ziyarətə gedib.

Qəflətən ziyarətdə özünü narahat hiss edən A.Həsənov yaxınları tərəfindən İsmayıllı Mərkəzi Rayon Xəsətxanasına (MRX) çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanadan verilən məlumata görə, A.Həsənov ürək tutmasından ölüb.

A.Həsəsnov yaşadığı Göyçayın Qaraməryəm qəbirstanlığında dəfn edilib.

Faktla bağlı araşdırma aparılır.

0
10