Türkiyə səfiri İlham Əliyevə və azərbaycanlılara təşəkkür edib

Türkiyə səfiri İlham Əliyevə və azərbaycanlılara təşəkkür edib

“Azərbaycan Türkiyəyə hər hadisədə olduğu kimi, 15 iyul hadisəsində də dəstək verdi, yanında oldu. Buna görə Azərbaycan xalqına, Prezident İlham Əliyevə təşəkkür edirəm”.

Oxu.Az-ın “Report”a istinadən verdiyi xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə Cümhuriyyəti, demokratiyası ayaqdadır, buna kiminsə şübhəsi olmasın.

“Fətullahçı terror təşkilatının əməllərinə xalqın necə təpki verməsinə şahid oldunuz. Xalq küçələrdə mövqe sərgilədi, siyasi partiyalar da dövlətin yanında oldu. Başda Azərbaycan olmaqla, Tükiyənin bütün dostlarına demək istəyirəm ki, rahat olsunlar. Bu prosesdə Türkiyənin demokratiyası qazandı”, - deyə səfir bildirib.

0
10