Beynəlxalq model müsabiqəsinin milli seçim turlarına start verildi – FOTO

Beynəlxalq model müsabiqəsinin milli seçim turlarına start verildi – FOTO

“Miss and Mister Caucasus” beynəlxalq model müsabiqəsində ölkəmizi təmsil etmək üçün ötən həftə Bakıda milli seçim turunun yarımfinal mərhələsi keçirilib.

Oxu.Az xəbər verir ki, gecədə Dünya Gözəllik Konqressinin prezidenti Zamir Hüseynov, aparıcı-aktyor Şəhriyar Əbilov, rejissor Cəlal Kəngərli, təşkilatçı Aqil Məmiyev, xareoqraf Yuliana Hüseynova, stilist Fatimə Əkbər və özəl şirkətlərdən birinin direktoru Alla Fərzəliyeva münsif kürsüsündə əyləşiblər.

34 nömrə altında yarışan model Sona Kərimova “Miss Regal - Azerbaijan 2016” tituluna sahib çıxaraq ölkəmizi iyulun sonu Amerikada Karib dənizinin şərqində yerləşən Antiqua və Barbuda ölkəsində təmsil etmək şansını qazanıb.

8 nömrəli iştirakçı Yusif Cəfərli “Mister Univarsal Ambassador - Azerbaijan 2016” tituluna layiq görülərək Azərbaycanı sentyabr ayında İndenoziyanın Bali və Yava adalarında təmsil edəcək.

Yarımfinaldan final mərhələsinə isə 50 iştirakçı seçilib (25 qız, 25 oğlan). Xanımlar və bəylər podiuma iki geyimdə (idman və ziyafət) çıxıblar.

Aytən Sadıqzadə
Foto: Ratmir Şərifov

0
254