İstanbulda “qiyamçı” universitet rektorunu saxladılar

İstanbulda “qiyamçı” universitet rektorunu saxladılar

Polislər əlavə kömək istəyiblər.

İstanbulda qiyam etməkdə şübhəli bilinən Ticarət Universitetinin rektoru Nazım Ekren saxlanılan zaman onun mühafizəsi və polislər arasında atışma olub.

Oxu.Az xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.

Polis universitetə rektoru saxlamaq üçün gəlib, amma onun mühafizəçisinin müqaviməti ilə rastlaşıb. Mühafizə havaya atəş açıb.

Polislər əlavə kömək istəyiblər və yalnız xüsusi təyinatlılar gəldikdən sonra Əkrəmi saxlamaq mümkün olub. Onunla bərabər atəş açanlar da saxlanılıb.

İyulun 16-na keçən gecə Türkiyədə bir qrup qiyamçı hərbi çevrilişə cəhd edib. Əsas qarşıdurma Ankara və İstanbulda baş verib. Ölkə rəhbərliyi qiyamın yatırıldığını bildirib. Ölkədə üç ay müddətinə fövqəladə vəziyyət elan edilib.

0
26