Vaqif Əliyev: SOCAR Türkiyədə investisiyaya davam edəcək

Vaqif Əliyev: SOCAR Türkiyədə investisiyaya davam edəcək

“SOCAR olaraq Türkiyədə həyata keçirdiyimiz ümumi dəyəri 18 mlrd. dollardan çox, arasında Avropanın enerji ehtiyacını qarşılayacaq sərmayələrin də olduğu layihələrimiz tərəddüdsüz və fasiləsiz bütün sürəti ilə davam edəcək”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi, “SOCAR Türkiye”nin İdarə Heyətinin sədri Vaqif Əliyev bildirib.

Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdinin “Türkiyədəki investisiya mühitini pozacağı” yönündəki iddialara qatılmayan və gələcəyə yönəlmiş planlardan danışan V.Əliyev qeyd edib ki, ötən həftə sonu baş verən çevriliş cəhdi və insanların həyatını itirməsi onu dərindən kədərləndirib.

V.Əliyev FETÖ-nün çevriliş cəhdindən sonra Türkiyə Cümhuriyyəti hökuməti və millətinin demokratik vəziyyəti və insanların həyatını qorumaq üçün iradəsini var gücü ilə ortaya qoyduğunu qeyd edib.

O, SOCAR-ın Türkiyədə birbaşa və dolayısı ilə 40 min nəfərlik ailəni təmsil etdiyinə diqqət çəkib. “Türkiyə bizim evimiz, vətənimizdir. SOCAR olaraq Türkiyədə həyata keçirdiyimiz ümumi dəyəri 18 mlrd. dollardan çox, arasında Avropanın enerji ehtiyacını qarşılayacaq sərmayələrin də olduğu layihələrimiz tərəddüdsüz və fasiləsiz bütün sürəti ilə davam edəcək” -, deyə SOCAR-ın rəsmisi sözlərinə əlavə edib.

0
8