Bakıda rəqs festivalı keçirildi – FOTO

Bakıda rəqs festivalı keçirildi – FOTO

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə iyulun 17-də Bakıda “Baku - Soul of Dance” yay festivalı keçirilib.

Oxu.Az xəbər verir ki, festival çərçivəsində milli, müasir, hip-hop kimi rəqs növləri təqdim olunub. Böyüklər və uşaqlar üçün çıxış edib.

Azərbaycan Rəqs Assosiasiyasının prezidenti və Azərbaycan Gənclər İttifaqının sədr müavini Əziz Əzizov iyul və avqust aylarında hər bazar günü bulvar ərazisində bütün rəqs növlərdən ibarət açıq dərslər keçiriləcəyini bildirib:

“Hər kəs bu gözəl sənət növündə özünü sınaya və istedadını göstərə bilər. Bu layihələr sağlam həyat tərzinə, mədəniyyətə və incəsənətə, gənclərimizin birliyinə və dostluğuna xidmət edir”.

Azərbaycan Rəqs Assosiasiyasının prezidentinin köməkçisi Anna Levkina “Festival qeyri-adi formatda çimərlik meydançasında keçirilib” deyərək layihə barəsində danışıb.

Aytən Sadıqzadə

0
11