Xırdalanda ata qızını qətlə yetirməkdə şübhəli bilinir

Xırdalanda ata qızını qətlə yetirməkdə şübhəli bilinir

Abşeron rayonunda qətl törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, iyulun 20-də Xırdalan şəhərində yaşayan Zəhra Əliyarovanın evindən onun qardaşının qızı, Ağdam rayon sakini Aygün Cabbarova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən A.Cabbarovanın atası Nəsib Cabbarov tutulub.

0
10