Sosial şəbəkə istifadəçilərinə - XƏBƏRDARLIQ

Sosial şəbəkə istifadəçilərinə - XƏBƏRDARLIQ

Mərkəz məlumat yaydı.

Son günlərdə sosial şəbəkələrdə yaranan aktivlik saxta hesabların yaradılmasına və bununla yanaşı, spam mesajlar vasitəsilə ziyanverici proqramların yayılmasına gətirib çıxarıb. 

Oxu.Az bu barədə Elektron Təhlükəsizlik Mərkəzinə istinadən xəbər verir. 

“Saxta hesablardan ünvanlanan keçidlərə kliklədikdə qurğuların əməliyyat sistəmlərinə daxil olan ziyanverici proqramlar istifadəçilərin adından saxta hesabların yaradılması, əxlaqa zidd paylaşımlar edilməsi, istifadəçinin dostlarının kompüterini yoluxdurmaq məqsədi ilə onlara spam mesajlar göndərməsi və.s  ilə nəticələnə bilər.

Odur ki, naməlum şəxslərdən gələn keçidləri klikləməməyiniz, sosial şəbəkədə dövlət orqanlarına, ictimai-siyasi xadimlərə məxsus səhifələrin həqiqiliyinə əmin olmağınız tövsiyə olunur.

Saxta hesab etdiyiniz hesablarla bağlı sosial şəbəkə inzibatçılarına məlumat verin”, - deyə mərkəz xəbərdarlıq edib. 

Bununla yanaşı, veb sayt rəhbərlərinin və ya idarəedicilərinin veb saytlarda təhlükəsizlik tədbirlərini həyata keçirmələri, boşluqları aradan qaldırmaları tövsiyə olunur.

Ülviyyə R. Əli
www.oxu.az

0
22