Dənizdə 7 nəfər boğuldu

Dənizdə 7 nəfər boğuldu

Bir nəfərin meyiti hələ də tapılmayıb.

7 nəfər dəniz çimərliyində boğulublar.

Oxu.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 20-də Bakı şəhər sakinləri – Tutu Əliyeva, Rafiq Bayramov, Orxan Əliyev, Dəvəçi rayon sakini Cəmilə Əyyubova Xəzər rayonunun Şüvəlan qəsəbəsinin dəniz çimərliyində, Vəli Abbasov və Rəvan Hüseynov Mərdəkan qəsəbəsinin dəniz çimərliyində, Bakı şəhər sakini Rəsul Musayev Görədil dəniz çimərliyində boğulublar.

Meyitlər sudan çıxarılıb. O.Əliyevin meyitinin tapılması istiqamətində tədbirlər görülür.

0
178