Gömrükçülər külli miqdarda narkotik vasitə aşkar edib

Gömrükçülər külli miqdarda narkotik vasitə aşkar edib

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Tehran-Bakı-Tbilisi aviareysi ilə tranzit qaydada gələn, sonradan isə Tbilisi-İstanbul-Frankfurt aviareysi ilə Almaniyaya getmək istəyən 2 nəfər İran vətəndaşı gömrükçülər tərəfindən saxlanılıb və müvafiq qanunvericiliyə uyğun olaraq onlardan birinə məxsus baqaja gömrük yoxlaması keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, yoxlama zamanı çamadanın içərisində olan şəxsi əşyaların arasındakı polietilen paketdən birində 1135, digərində 1150 ml qəhvəyi rəngli xüsusiyyətə malik şüşə şəkilində maddə olan 2 ədəd plastik qablar aşkar olunaraq protokol əsasında götürülüb.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin fiziki-kimyəvi və bioloji ekspertizasının nəticələrinə görə isə 2 ədəd 1 litrlik plastik qablardakı ümumi çəkisi 2000 ml həcmində tünd qəhvəyi rəngli, spesifik tiryəkiyli, qatılaşmış maye - tiryək məhluludur və həmin məhlulda tiryəkin quru maddəsinin ümumi miqdarı 1161,6 qram (1 kq 161,6 qram) təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

0
19