İsveçlər mühacirlərə nifrət etməyə başlayırlar – VİDEO

İsveçlər mühacirlərə nifrət etməyə başlayırlar – VİDEO

İsveçdə avtobus sürücüsü sərnişinə - suriyalı qaçqına “Nifrət edirəm sizə, lənətə gəlmiş donuzlar” sözü ilə hücum edib.

Oxu.Az “The Local”a istinadən xəbər verir ki, hadisə çərşənbə günü İsveçin Eland adasında yerləşən Borqxolm şəhərinə gedən “Nobina” şirkətinin avtobusunda baş verib.

İsveçdə sığınacaq almağa ümid edən zərərçəkmiş suriyalı baş verənlərin təfərrüatlarını “The Local” qəzetinə danışıb.

Onun sözlərinə görə, avtobus yaxınlaşdıqda digər qaçqını, əfqanlını içəri buraxıblar, o isə avtobusa qalxmaq istərkən sürücü onun üzünə qapını bağlayıb.

Yerli sakinlərdən biri onu növbəti dayanacağa qədər öz maşını ilə aparıb və suriyalı o dayanacaqda avtobusa əyləşib.

Zərərçəkənin sözlərinə görə, bu sürücü əvvəllər avtobusa qaçqınların minməsinə icazə verimirdi və bu səbəbdən də suriyalı onun şəklini çəkərək hakimiyyət nümayəndələrinə bildirmək istəyirdi.

0
9