Məmmədbağır Bağırzadənin anadan olmasından 66 il ötür – VİDEO

Məmmədbağır Bağırzadənin anadan olmasından 66 il ötür – VİDEO

Xalq artisti Məmmədbağır Bağırzadə yaşasaydı, bu gün 66-cı yaş gününü qeyd edəcəkdi.

Oxu.Az xəbər verir ki, müğənni, bəstəkar M.Bağırzadə 1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gəlib.

Onun sənət yolu toy və el şənliklərindən başlayıb. O, adətən öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edirdi.

Məmmədbağır Bağırzadəni televiziyaya gətirən və onun yaradıcılığında xüsusi rol oynayan bəstəkar Ələkbər Tağıyev olub. Müğənninin repertuarına Oqtay Kazımovun, Nəriman Məmmədovun, Tahir Əkbərin və digərlərinin mahnıları da daxil idi.

Sözləri və musiqisi Məmmədbağır Bağırzadəyə aid olan “Səməni nazlı gəlin”, “Hülya”, musiqisi Ələkbər Tağıyev, sözləri Hafiz Baxışa aid olan “Azərbaycan oğluyam” və digər nəğmələr bu gün də başqa ifaçılar tərəfindən səslənməkdədir.

M.Bağırzadə 30 oktyabrda vəfat edib.

0
18