ABŞ səfiri Əliyev və Sarkisyanın görüşündən danışdı

ABŞ səfiri Əliyev və Sarkisyanın görüşündən danışdı

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün avqustda keçirilməsi müzakirə olunur.

“Hazırda bu ilin avqustunda Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Qarabağa dair görüşün keçirilməsi müzakirə edilir”.

Oxu.Az news.am-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills dünən Ermənistan-Amerika Universitetində həmsədrlərin Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünün nə zaman olacağına dair sualı cavablandırarkən deyib.

Səfir prezidentlərin görüşünün dəqiq tarix və məkanının bəlli olmadığını qeyd edib.

0
13