Bakıda bankomatların sayı kəskin azaldı

Bakıda bankomatların sayı kəskin azaldı

Ölkə üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 5 milyon 387 minə çatıb.

Azərbaycan ərazisində quraşdırılmış bankomatların ümumi sayı 2016-cı il martın 1-nə 2 562 ədəd olub ki, bu da 2015-ci ilin yekunları ilə müqayisədə 132 ədəd və ya 4,9% azdır. 

Oxu.Az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, cari ilin martın 1-nə bankomatların 1 424 ədədi Bakı şəhərində yerləşib.

Bu isə ötən ilin yekunları ilə müqayisədə 5,2% azalma deməkdir. 

Bankomatların 1 138 ədədi isə regionlarda yerləşir. Bu isə ötən ilin yekunları ilə müqayisədə 4,5% azalma deməkdir. 

Martın 1-nə Azərbaycan üzrə quraşdırılmış POS-terminalların sayı 77 250 ədəd olub. Bu isə ötən ilin yekunları ilə müqayisədə 3,8% azalma deməkdir. 

Bunun 44 712 ədədi Bakıda (azalma 8,7%), 32 538 regionlarda (artım 3,8%) yerləşir. 

Mərkəzi Bankın məlumatına görə, martın 1-nə ölkə üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 5 milyon 387 minə çatıb. Bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 645 min ədəd azdır. 

Ülviyyə R. Əli
www.oxu.az

0
15