ÇL: II təsnifat mərhələsinə yekun vuruldu

ÇL: II təsnifat mərhələsinə yekun vuruldu

Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, cavab matçları çərçivəsində 8 qarşılaşma baş tutub.

Bu oyunlarla III təsnifat mərhələsinin son iştirakçıları bəlli olub. Azərbaycan çempionu “Qarabağ” Lüksemburqda “Düdelanj”la bərabərə qalsa da, ilk oyundakı qələbə sayəsində mərhələ adlayıb.

Təmsilçimizlə yanaşı, "Astana", "Rusenborq", "Partizani", "Trençin", "Seltik", Zaqreb "Dinamo"su və "Dandalk" adını növbəti mərhələyə yazdırıb.

Qeyd edək ki, cavab oyunları dünən keçirilən 9 matçla start götürüb.

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunlar

20 iyul

"Astana” (Qazaxıstan) - “Jalgiris” (Litva) - 2:1
Marin Aniçiç, 31; 90+5 - Elivelto, 57
İlk oyun - 0:0

“Düdelanj” (Lüksemburq) - “Qarabağ” (Azərbaycan) - 1:1
N`Diaye, 72 - Reynaldo, 90+4
İlk oyun - 0:2

“Norçepinq” (İsveç) - “Rusenborq” (Norveç) - 3:2
Andersson, 57; 77; Nyman, 59 - Gytjaer, 36; Lanlay, 55 
İlk oyun - 1:3

 “Ferensvaroş” (Macarıstan) - “Partizani” (Albaniya) - 1:3 (penaltilər seriyası)
Gera, 14 - Husinq, 40 (öz qapısına) 
İlk oyun -1:1

"Trençin” (Slovakiya) - “Olimpiya” (Sloveniya) - 2:3
Janqa, 13; Bero, 20 - Kelhar, 41; 79; Eleke, 45
İlk oyun - 4:3

“Seltik” (Şotlandiya) - “Linkoln” (Cəbəllütariq) - 3:0
Lustiq, 23; Griffits, 25; Roberts, 29
İlk oyun – 0:1

“Dinamo” (Zaqreb, Xorvatiya) - “Vardar” (Makedoniya) - 3:2
Pyaça, 55; 70 (pen); Maçado, 79 -   Velkovski, 39; Şildenfeld, 62 
İlk oyun – 2:1

"Hafnarfyordur” (İslandiya) - “Dandalk” (İrlandiya) - 2:2
Hevson, 19; Finnbogasson, 78 - McMilan, 52; 62
İlk oyun - 1:1
 

0
19