İrəvanda yaralıların sayı 45-ə çatdı

İrəvanda yaralıların sayı 45-ə çatdı

İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında  polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində xəsarət alanların sayı 45-ə çatıb

APA-nın məlumatına görə, bu barədə Ermənistanın Səhiyyə nazirliyinin məlumatında bildirilir.

“Tibb müəssislərinə göndərilən 45 nəfərdən 25-i hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır”, məlumatda qeyd olunub.

Qeyd edək ki, artıq 4-cü gündür ki, silahlı qruplaşma Ermənistan Polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını nəzarətdə saxlayır. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Dünən İrəvanda polis və mülki vətəndaşlar arasında baş vermiş toqquşmalar nəticəsində isə 4 polis əməkdaşı yaralanıb. Silahlılar hazırda 4 nəfəri girov saxlayır.

0
20