Ukraynada cəzaçəkmə müəssisəsindən 50 məhbus qaçdı

Ukraynada cəzaçəkmə müəssisəsindən 50 məhbus qaçdı

Kiyev yaxınlığında cəzaçəkmə müəssisəsində qiyam baş verib.

APA-nın “112 Ukrayna” saytına istinadən verdiyi xəbərə görə, insident nəticəsində 50  məhbus qaçıb.

Kiyev vilayəti polisi faktı təsdiqləyib. Cəzaçəkmə müəssisəsində ümumilikdə 150 nəfərin saxlanıldığı bildirilir. İnsidentin başvermə səbəbləri barədə məlumat verilmir.

Hazırda qaçan dustaqların tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

0
20