Yerevanda küçə döyüşləri

Yerevanda küçə döyüşləri

Polis səs qumbaralarından istifadə edib.

Yerevanda silahlıların ələ keçirdiyi polis binasının yaxınlığında etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar başlayıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, aksiya iştirakçıları polisə daş və müxtəlif əşyalar atıb. Güc strukturlarının əməkdaşları buna cavab olaraq havaya atəş açdıqdan sonra səs qumbaralarından istifadə edib.

Küçələrdə atışma səsləri də eşidilir. Hazırda xüsusi təyinatlı polis işçiləri mitinqim dağıtmağa çalışırlar.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

0
20