“Qarabağ” Çempionlar Liqasında mübarizəni davam etdirir

“Qarabağ” Çempionlar Liqasında mübarizəni davam etdirir

Ağdam təmsilçisi növbəti mərhələdə Çexiya çempionu ilə qarşılaşacaq.

Azərbaycanın “Qarabağ” klubu Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Lüksemburqun “Düdelanj” komandasına qarşı cavab oyununa çıxıb.

Oxu.Az xəbər verir ki, “Yos Nosbaum” stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

71-ci dəqiqədə N`Diaye “Düdelanj” komandası hesabda irəli çıxarıb. “Qarabağ” matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Reynaldo ilə oyunda tarazlığı bərpa edib.

Xatırladaq ki, Bakıda keçirilən ilk oyunda Qurban Qurbanovun yetirmələri 2:0 hesablı qələbə qazanmışdılar.

Beləliklə iki oyunun nəticəsinə əsasən, “Qarabağ” klubu Çempionlar Liqasının növbəti mərhələsinə adlayıb.

Qeyd edək ki, Qurban Qurbanovun komandası III təsnifat mərhələsində “Viktoriya” (Plzen, Çexiya) ilə üz-üzə gələcək.

0
24