Azərbaycanda GMO taxıl məhsullarının idxalını qadağan edən qanun qüvvəyə minib

Azərbaycanda GMO taxıl məhsullarının idxalını qadağan edən qanun qüvvəyə minib

Azərbaycanda genetik modifikasiya olunmuş taxıl məhsullarının idxalına icazə verilməyəcək.

Oxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanunun qüvvəyə minməsi ilə mümkün olub.

Sənədə əsasən, taxıl məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir.

Eyni zamanda, genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş taxıl məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilmir.

0
21