Azərbaycan prezidenti Belçika kralını təbrik edib

Azərbaycan prezidenti Belçika kralını təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Belçika kralı Filipə təbrik məktubu göndərib.

Oxu.Az xəbər verir ki, məktubda deyilir:

“Əlahəzrət. Ölkənizin milli bayramı – kralın andiçmə günü münasibətilə Sizə və Sizin simanızda bütün belçikalılara şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

0
13