İlhamə Quliyevanın köməkçisinin cinayət işi məhkəməyə göndəriləcək

İlhamə Quliyevanın köməkçisinin cinayət işi məhkəməyə göndəriləcək

“Mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb”.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya M.Hüseynovanın vəkili Vasif Mirzəyev deyib.

O qeyd edib ki, hazırda cinayət işinin materialları ilə tanışlıq mərhələsidir və iş yaxın günlərdə məhkəməyə göndəriləcək.

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.

A.S.

0
13