Şahidlər: Partlayışdan sonra Şeremet sağ idi

Şahidlər: Partlayışdan sonra Şeremet sağ idi

Ukraynanın məşhur jurnalisti Pavel Şeremetin ölümü ilə bağlı bəzi detallar bəlli olub. Lent.az-ın unian.net-ə istinadən məlumatına görə, jurnalistin idarə etdiyi maşında 400-600 qram trotil ekvivalentinə bərabər partlayıcı işə düşüb. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Zoryan Şkiryak açıqlamasında deyib. Onun sözlərinə görə, Şeremetin oturacağının alt hissəsinə yerləşdirilən partlayıcı maddə avtomobil manevr edərkən partlayıb. Ona qədər o, evindən hadisə yerinə qədər 500-600 metr yol qət edib.

Müşavir jurnalistə qarşı sui-qəsd edilməsində 3 ehtimal irəli sürüb: Rusiya xüsusi xidmətlərinin rolunu, peşə fəaliyyəti ilə əlaqədar və şəxsi münasibətlər zəmində.


Şahidlər partlayış baş verəndən sonra Şeremetin sağ olduğunu deyir. Onun ayağı möhkəm dəmirlər arasında sıxılmış vəziyyətdə olub. Ancaq hadisə yerinə təcili yardım gələndə jurnalistin öldüyü məlum olub.

Qeyd edək ki, hadisə bu gün yerli vaxtla səhər saat 07:45-də baş verib. P. Şeremet aparıcı olduğu “Radio Vesti”yə gedərkən Kiyevin Boqdan Xmelnitski və İvan Franko küçələrinin döngəsində onun avtomobili partlayıb. Maşın “Ukrainskaya pravda”nınn rəhbəri Alyona Pritulaya məxsus olsa da, hadisə zamanı o, avtomobildə olmayıb.

0
15