Ledi Qaqa Teylor Kinni ilə ayrılması xəbərinə münasibət bildirdi

Ledi Qaqa Teylor Kinni ilə ayrılması xəbərinə münasibət bildirdi

Xəbər verdiyimiz kimi, bu gün xarici mətbuatda müğənni Ledi Qaqa ilə aktyor nişanlısı Teylor Kinninin ayrılması barədə məlumat yayılıb.

Oxu.Az xəbər verir ki, ifaçı sosial şəbəkədə nişanlısı ilə birlikdə fotoşəklini paylaşaraq yazılan xəbərə aydınlıq gətirib.

“Teylor ilə ruh əkizləri olduğumuzu bilirik. Bütün cütlüklər kimi, biz də həyatımızda baş verən eniş və sıçrayışlar üçün narahat oluruq, hazırda münasibətlərimizdə fasilə vermişik. Hər ikimiz ambisiyalı aktyoruq. İşimizi və mürəkkəb cədvəli uyğunlaşdıraraq bir-birimizdın uzaqda olduğumuz halda, aramızda olan məhəbbəti dəstəkləməyə ümid edirik. Bizə dəstək olun. Biz hamı kimiyik və bir-birimizi sevirik”,-deyə Ledi Qaqa yazıb.

0
12