® «Nissan» karbon dioksid tullantılarını əhəmiyyətli dərəcədə azaldır

® «Nissan» karbon dioksid tullantılarını əhəmiyyətli dərəcədə azaldır

Nissan Motor Korporasiyası son on ildə apardığı məqsədyönlü siyasəti nəticəsində karbon dioksid tullantılarının 22.4%-ə qədər azaldıldığını bəyan edib.

Təsadüfi deyil ki, “Nissan”ın zərərli tullantıların azalması, sıfır tullantılı nəqliyyat vasitələrinin istehsalına üstünlük verməsi sayəsində çoxsaylı avtomobil istehsalçıları içində qlobal Karbon Qazından İstifadənin Məhdudlaşdırılması Layihəsinin ən yüksək göstəricilərinə malik avtomobil şirkəti adına layiq görülüb.

Bu göstərici dünyəvi problem olan iqlim dəyişikliyi baxımından olduqca önəmlidir. İnamla qeyd etmək olar ki, Nissan bu sahədə liderlər sırasındadır.

Nissan, avtomobillərin istehsal prosesini də bu prinsip əsasında qurur. Kompaniya 2016-cı ildə istehsal etdiyi məhsulların 25%-ni təkrar emal materiallarından istifadə etməklə yaradılmasını qarşıya məqsəd qoyur.

Karbon dioksid tullantılarının minimuma endirilməsi

“Nissan” karbon tullantılarını azaltmaq üçün bir çox nəhəng layihələr həyata keçirib. Bunlardan bir neçəsinə nəzər salaq:

Nissan Böyük Britaniyanın Sunderland şəhərində olan zavodunda quraşdırdığı 10 külək turbini və 19, 000 günəş paneli vasitəsilə illik 31, 000 avtomobil istehsal etmək gücünə malik zavodun ümumi enerji israfının 7%-ni təbii ehtiyatlar hesabına təmin edib.

2013-cü ildən bəri Meksikanın Aquaskalientes zavodunda külək enerjisi daxil olmaqla bərpa edilə bilən enerji mənbələrindən alınan enerji avtomobil istehsalı üçün sərf olunan enerjinin 50%-ni təşkil etmişdir.

“Nissan”ın Yaponiyadakı təsisatları olan Nissan Texniki Mərkəzi, Toçigi, Oppama, Yokohama zavodları və Zama əməliyyat Mərkəzi təmiz enerji hesabına fəaliyyət göstərir.

Gələcəyin avtomobili – Nissan LEAF

Nissan dünyanın ən çox satılan elektrik avtomobili LEAF-in istehsalına başlayan zaman ətraf mühit problemlərini meyar olaraq qəbul edib və bu sahədə möhtəşəm uğura imza atıb.

Avtomobilin təqdimatından ötən qısa müddət ərzində dünyada 200,000-dən çox Nissan LEAF elektromobili satılmışdır.

·         ABŞ-da  yeni LEAF avtomobilini əldə edən şəxslər xüsusi olaraq bu məqsədlə quraşdırılmış pulsuz elektrik doldurma stansiyalarından iki il ərzində pulsuz istifadə edə bilərlər.

·         “LEAF”in yüksək tutumlu litium-ion battareyalarını elektrik enerjisi ilə doldurmaq üçün istifadə olunan avadanlıq tam təhlükəsiz və rahat şəkildə evlərdə də quraşdırıla bilər.

·         “Nissan”ın 2015-ci ildə Yaponiyada 1119 elektrik doldurma stansiyası quraşdırılıb. Avropada onların sayı ilin sonuna qədər 278-ə çatacaq.

·         İordaniya 2016-cı ilin iyun ayında 100 ədəd Nissan LEAF və Nissan            e-NV200 əldə edib. Bu elektromobillər əmmanın əl-Mumayazın taksi şirkətinin istifadəsinə veriləcək və bununla da Orta Şərqdə istifadə olunacaq ilk elektrik nəqliyyat vasitələri olacaq.

·         Nissan LEAF Norveçdə ən çox satılan elektroavtomobildir. Ümumilikdə, LEAF modeli satış həcminə görə bu ölkədə üçüncü pillədədir.


www.nissan.az

Ünvan: Bakı şəh. Babək pr. 31  

Tel: (012) 448 38 38

0
16