AZAL Gəncə-Naxçıvan marşrutu üzrə uçuşlara başlayır

AZAL Gəncə-Naxçıvan marşrutu üzrə uçuşlara başlayır

Uçuş müddəti 1,5 saat təşkil edəcək.

“Azərbaycan Hava Yolları” (AZAL) mayın 15-dən etibarən Gəncədən Naxçıvana müntəzəm reyslərə başlaması barədə elan edir.

AZAL-dan Oxu.Az-a verilən məlumata görə, Gəncə-Naxçıvan-Gəncə marşrutu üzrə birbaşa uçuşlar həftədə 4 dəfə - bazar ertəsi, çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək. 

Gəncə Beynəlxalq Hava Limanından uçuş- saat 12:55-də, Naxçıvan Beynəlxalq Hava Limanına eniş - saat 14:25-də. Naxçıvandan uçuş saat 15:05-də, Gəncə Beynəlxalq Hava Limanına eniş - saat 16:40-da.

Uçuş müddəti 1,5 saat təşkil edir ki, bu da uçuşun münaqişə zonasından yan keçməklə təhlükəsiz ərazilər üzərindən həyata keçirilməsi ilə bağlıdır. 

Ölkədaxili sərnişin daşımalarının qiymətini tənzimləyən Azərbaycan Respublikasının Tarif Şurasıbu marşrut üzrə bir tərəfə aviabiletin qiymətini 60 manat məbləğində təyin etmişdir.
        
Aviareyslər komfortlu Embraer E-190 laynerləri ilə həyata keçiriləcək.     

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkün olacaq. Daha ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:  

(+994 12) 598-88-80;

*8880.

e-mail: callcenter@azal.az

Ülviyyə R. Əli
www.oxu.az

0
14