Türkiyədə daha 788 nəfər göz altına alınıb

Türkiyədə daha 788 nəfər göz altına alınıb

Onların arasında 12 general, 1 admiral, polislər, pedaqoqlar və əsgərlər var.

Türkiyədə Fətullah Gülənin (FETÖ – terror təşkilatı) tərəfdarlarının dövlət çevrilişinə cəhd ilə əlaqədar aparılan istintaq çərçivəsində daha 788 nəfərin həbs edilməsinə dair qərar qəbul edilib.

Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bununla əlaqədar İstanbul Ədalət Məhkəməsi qərar çıxarıb.

Onların arasında 12 general, 1 admiral, polislər, pedaqoqlar və əsgərlər var.

Bundan başqa hərbi çevrilişdə şübhəli bilinən daha 1522 nəfərin məhkəmə prosesi gözlənilir.

0
8