Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verildi

Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verildi

Tələbələr təhsilini olduğu kimi davam etdirəcəklər.

Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verildi.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin Kadr, rejim, informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Oxu.Az-a bildirib.

Onun sözlərinə görə, universitetin müəllim və pedoqoji heyəti, eləcə də tələbələr təhsilini olduğu kimi davam etdirəcəklər.

Elmar Qasımov Bakı Ali Neft Məktəbi ilə yanaşı müvəqqəti olaraq Qafqaz Universitetinin də idarəçiliyinə rəhbərlik edəcək.

Qeyd edək ki, Qafqaz Universitetinin təsisçisi Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.

0
14