Ərdoğan Bakıya gəlir

Ərdoğan Bakıya gəlir

Yaxın günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli görüş üçün Bakıya gələcək.

Oxu.Az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım gürcü həmkarı Georgi Kvirikaşvili ilə görüşdə deyib.

Binəli Yıldırım, həmçinin regionda vəziyyətin kəskinləşməsindən, Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artmasından və terror aktlarının törədilməsindən narahatçılığını bildirib.

0
9