Ərdoğanla Putin avqustun əvvəlində görüşəcək

Ərdoğanla Putin avqustun əvvəlində görüşəcək

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun birinci ongünlüyündə Rusiya şəhərlərindən birində görüşəcəklər.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "Hazırda Putin və Ərdoğan arasında görüşün hazırlanması diplomatik kanallar vasitəsilə dəqiqləşdirilir. Razılaşdırmışıq ki, bu görüş avqustun birinci ongünlüyündə Rusiyada baş tutacaq. Lakin şəhər və tarix hələ ki dəqiqləşdirilir”, - deyə o, qeyd edib.

0
10