Londonun caz klublarında Azərbaycan musiqisi - FOTO

Londonun caz klublarında Azərbaycan musiqisi - FOTO

Məşhur azərbaycanlı pianoçu Elçin Şirinov Londonun iki caz məkanında – “The Spice of Life” və “The Vortex” klublarında etno-caz musiqi üslubunda konsert proqramı ilə çıxış edib. Caz musiqi gecəsi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə baş tutub.

TEAS-dan Oxu.Az-a bildirilib ki, “The Spice of Life” klubunda reallaşan konsertə italiyalı bas gitaraçı Andrea Di Bias və britaniyalı zərb ifaçısı Con Skott də qatılıb. İki ildən artıqdır ki, E.Şirinov onlarla sıx əməkdaşlıq edir.

Skottun Azərbaycanın xalq mahnısı “Durna”nı zərb alətlərində ifa etməsi Elçin Şirinovun improvizasiyası ilə dəstəklənib. Gecədə Azərbaycan xalq mahnısı olan “Sarı gəlin” də ifa edilib.

Azərbaycan klassik musiqisi üzərində improvizasiya edən E.Şirinov Londondakı konsertində Qara Qarayevin “Yeddi gözəl” baletindən “Vals”ı öz aranjemanında ifa edib.

Aytən Sadıqzadə

0
22