Türkiyədə dörd universitet rektoru işdən çıxarıldı

Türkiyədə dörd universitet rektoru işdən çıxarıldı

Türkiyənin Ali Təhsil Şurası (YÖK) dörd universitet rektorunun işdən çıxarılması haqqında qərar qəbul edib.

Bu barədə Oxu.Az “Huriyyet”ə istinadən xəbər verir.

Məlumata əsasən, işdən çıxarılanlar Diclə, Yalova, Qazi və “Yıldız” Texniki universitetlərinin rektorlarıdır.

Rektorlar Fətullah Gülənlə əlaqədə şübhəli bilinirlər.

Verilən məlumata görə, 1577 dekan isə öz istəyi ilə istefa verib.

0
17