Kiyevdə azərbaycanlı “qanuni oğru” saxlanılıb

Kiyevdə azərbaycanlı “qanuni oğru” saxlanılıb

Noqinskiyə 2019-cu ilə qədər Ukraynaya gəlmək qadağan edilmişdi.

Kriminal aləmdə Tolik Noqinski kimi məşhur olan 32 yaşlı azərbaycanlı Taleh Dağlıyev dünən Ukrayna Milli Polisin əməliyyatçlılarının sərhədçilər ilə birgə səyi nəticəsində Kiyevdə saxlanılıb.

Oxu.Az NPU saytına istinadən xəbər verir ki, bu barədə Milli Polisin Cinayət-axtarış departamentinin rəisi Dmitri Qolovin bildirib.

“Gənc adam “qanuni oğru” statusuna malikdir, o, bu statusu 2014-cü ildə Türkiyədə alıb. O, Rusiyada qanunsuz silah saxladığına görə mühakimə edilib”, - məlumatda deyilir.

Qolovinin sözlərinə görə, Noqinsk “Şakro Molodoy”un (Zaxari Kalaşovun) klanına mənsubdur. Kalaşov Moskvanın “Elements” restoranının sahibindən pul tələb etməkdə ittiham edilir.

Tolik Noqinskə gəldikdə isə o, Ukraynaya “kriminogen vəziyyətin sabitliyini pozmaq məqsədi ilə” gəlib. Cinayət axtrış departamentinin rəhbəri bildirib ki, Noqinsk Ukraynada 2016-cı ilin əvvəlindən saxlanılan 10-cu “qanuni oğrudur”.

Dövlət Miqrasiya Xidmətinin məlumatına əsasən, Noqinskiyə 2019-cu ilə qədər Ukraynaya gəlmək qadağan edilmişdi.

0
24