Azərbaycanda 4 nəfəri elektrik cərəyanı vurub

Azərbaycanda 4 nəfəri elektrik cərəyanı vurub

Nazirlik məlumat yaydı.

Azərbaycanda 4 nəfəri elektrik cərəyanı vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, iyulun 19-da Suraxanı rayonunun Hövsan qəsəbəsindəki evlərdən birində təmir işləri aparan paytaxt sakinləri Aqşin Abdurrəhmanovu və Hasil Həşimovu elektrik cərəyanı vurub.

A.Abdurrəhmanov hadisə yerində ölüb, H.Həşimov isə xəstəxanaya yerləşdirilib.

Daha bir bədbəxt hadisə iyulun 19-da Samux rayonunun Sərkar kəndində qeydə alınıb. Kənd sakini Nicat Mustafayev evdə elektrik cərəyanı vurması nəticəsində ölüb.

Həmin gün Tovuz rayonunun Ceyrançöl adlandırılan ərazisindəki fermada təmir işləri aparan rayon sakini Elmar Namazovu elektirk cərəyanı vuraraq öldürüb.

0
19