Qafqaz Universiteti bağlandı

Qafqaz Universiteti bağlandı

Qafqaz Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsi üçün qrup yaradılacaq.

Qafqaz Universitetinin təsisçisi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, müvafiq rəsmi sənədlər nazirliyə daxil olandan sonra Qafqaz Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən müvafiq işçi qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaq.

Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

0
30