Azərbaycanlı müğənninin prodüserinin toyudur: "Mən niyə gizli evlənməliyəm?"

Azərbaycanlı müğənninin prodüserinin toyudur: "Mən niyə gizli evlənməliyəm?"

Müğənni Nazəninin prodüseri Pərviz Fəqan subaylığın daşını atır. Lent.az-a açıqlama verən prodüser bildirib ki, iyulun 23-də paytaxt məkanlarının birində nikah masasına əyləşəcək: “Ötən gün Nazənin xanımla nişanlımın xınayaxdısına gedirdik. Elə avtomobildə olarkən Nazənin xanım video çəkərək paylaşdı ki, bu gün prodüserimin nişanlısının xınasıdır. Bundan sonra isə bəzi saytlar yazdılar ki, Nazənin prodüseri gizli ailə qurur. Birinci demək istəyirəm ki, mən niyə gizli ailə qurmalıyam ki? Gizli qurmuram. Başa düşə bilmirəm ki, mənim həyatımı niyə bu qədər gündəmə gətirmək istəyirlər? Ötən gün saytlarda barəmdə dərc edilən xəbərdə adımı səhv yazıblar, toyumun vaxtını soyadım düzgün qeyd olunmayıb. Mən şou-biznesdə heç bir fiqur rolu oynamıram ki, mənim toy xəbərimi belə gündəmə gətirirlər. Mən başqa prodüserlər kimi kiməsə söz atıb, gündəmə gəlmirəm. Normal şəkildə ailə qururam, gizli yox. Bir də onu qeyd etmək istəyirəm ki, ötən gün dərc olunan xəbərdə soyadımı düzgün qeyd etməyiblər. Artıq 15 ildir ki, prodüser işləyirəm, amma bu günə qədər mənim gördüyüm işlərdən yazmadılar, amma toy xəbərimi məndən xəbərsiz lazımsız formada yazdılar”.

0
22