“Qəbələ”nin yubiley matçı

“Qəbələ”nin yubiley matçı  

Avropa Liqasının sabah keçiriləcək MTK ilə oyunu “Qəbələ” üçün yubiley xarakteri daşıyacaq. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” avrokuboklarda 20-ci görüşə çıxacaq.

II təsnifat mərhələsinin Bakıda baş tutacaq cavab matçınadək əyalət klubunun hesabında 19 görüş var. Qitə miqyaslı turnirlərdə cəmi 2 il əvvəl debüt edən “Qəbələ” 19 matçda 5 qələbə qazanıb, 5 heç-heçə edib və 9 dəfə uduzub. Rəqib qapılarına 19 qol vuran təmsilçimiz Macarıstan klubunun qapısına yol tapsa, yubiley oyununda 20-ci qola sevinəcək. Komanda öz qapısından isə 27 top buraxıb.

Qeyd edək ki, “Qəbələ” həm oyun, həm qələbə, həm qol sayında Azərbaycan klubları arasında 4-cüdü. Bu göstəricilərdə yalnız “Qarabağ”, “Neftçi” və “İnter” öndədi.

0
20