Bakıda ana və oğlunu bıçaqladılar

Bakıda ana və oğlunu bıçaqladılar

DİN məlumat yaydı.

Bakıda qadını və oğlunu bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Oxu.Az-ın  DİN-in saytına istinadən verdiyi məlumata görə, aprelin 9-da Sabunçu rayonunun Pirşağı qəsəbəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş İsmixan Novruzov münaqişə zəminində həmyerlisi Zinyət Nəcəfovaya və oğlanları Nəcəfə bıçaqla xəsarət yetirib, Nicatı döyüb. Qadın xəstəxanaya yerləşdirilib.

Sabunçu rayon 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Novruzov tutulub.

Faktla bağlı araşdırma aparılır. 

0
17