Kərəm Həsənov: Özəlləşmə portalı hazırlanıb

Kərəm Həsənov: Özəlləşmə portalı hazırlanıb

Prezidentin “Metallurgiya kompleksinin sağlamlaşdırılma və restrukturizasiyası” barədə Sərəncamına əsasən “Daşkəsən Filizsaflaşdırma” ASC özəlləşməyə açılıb.

“Müasir dövrdə yeni iqtisadi reallıqlar nəzərə alınmaqla, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi haqqında təkliflər, eyni zamanda “Özəlləşmə portalı”, müəssisələr haqqında məlumat profilləri hazırlanıb”.

Oxu.az xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsində keçirilmiş müşavirədə Komitə sədri Kərəm Həsənov bildirib:

“Keçən 6 ay ərzində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı digər ölkələrin təcrübələri təhlil edilib. Beynəlxalq məsləhətçi şirkətlərlə görüşlər keçirilib, özəlləşmə ilə bağlı yeni yanaşmalar, prioritetlər müəyyənləşdirilib. Əsas məqsəd dövlət əmlakının özəlləşdirilməsində yerli və xarici investorların geniş iştirakına şəraitin yaradılması, əmlakın bazar dəyərinin müəyyənləşdirilməsidir”.

“Müasir dövrdə yeni iqtisadi reallıqlar nəzərə alınmaqla dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi haqqında təkliflər, eyni zamanda “Özəlləşmə portalı”, müəssisələr haqqında məlumat profilləri hazırlanıb. Dövlət başçısının 13 iyul 2016-cı il tarixində “Metallurgiya kompleksinin sağlamlaşdırılma və restrukturizasiyası” barədə Sərəncamına əsasən Polad Kompleksinin tabeçiliyində olan “Daşkəsən Filizsaflaşdırma” ASC özəlləşməyə açılıb”, - sədr deyib.

0
306