Evi atəşə tutulan müğənni başından yaralanıb - FOTO

Evi atəşə tutulan müğənni başından yaralanıb - FOTO

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni-aktrisa Harika Avcının Ulusdakı evi atəşə tutulub.

Oxu.Az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.

H.Avcı ötən gün İstanbulda Etiler Polis Karakolundan çıxarkən görüntülənib. Başından yaralanan ifaçı bu barədə mətbuat nümayəndələrinə açıqlama verib.

“Güllələr evimin şüşəsini deşərək içəri keçdi. Şüşə qırıqları sinəmə və başıma dəydi. Ayaqlarım da zədələndi. Bu an təhlükədəyəm. Həmin şəxs yenidən gələ bilər. Buradan prezidentimizə səslənirəm, bu işə əl atsın və məni qorusun”,deyə müğənni bildirib.

Aytən Sadıqzadə

0
117