Ledi Qaqa və Teylor Kinni ayrıldı

Ledi Qaqa və Teylor Kinni ayrıldı

Müğənni Ledi Qaqa ilə aktyor nişanlısı Teylor Kinni beş illik sevgi münasibətlərinə son veriblər.

Oxu.Az xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat öz əksini tapıb.

Cütlüyə yaxın olan mənbə bildirib ki, onlar bu ayın əvvəlindən ayrılıblar.

İyulun 15-də Malibuda görüntülənən Ledi Qaqanın barmağında nişan üzüyü olmayıb. Elə həmin gün Teylor Kinni doğum gününü qeyd edib, lakin nişanlısı məclisdə iştirak etməyib.

Hazırda müğənninin Kabo-Verdedə olduğu deyilir.

Xatırladaq ki, L.Qaqa ilə T.Kinni 2011-ci ildən görüşürlər. 14 fevral 2015-ci ildə aktyor müğənniyə evlilik təklifi edib. Cütlük İtaliyada evlənməyə hazırlaşırdı.

Aytən Sadıqzadə

0
34